Geri qaytarılma və Dəyişdirilmə siyasəti
Geri qaytarılma şərtləri
Müştəri sifariş edilmiş malı qəbul etdikdən sonra istənilən vaxt, qəbul edildiyi gündən sonrakı 14 gün ərzində isə (satınalma günü sayılmamaq şərtilə) ondan imtina etmək hüququna malikdir.
Müvafiq keyfiyyətli malların geri qaytarılması o halda mümkündür ki, həmin malların əmtəəlik görünüşü, istehlak xassələri, habelə satınalma şərtləri və qaydaları qorunub saxlanılmış olsun.
Müştəri yalnız özü tərəfindən istifadə edilə bilən, fərdi xüsusiyyətlərə malik (xüsusi sifarişlə hazırlanmış) məhsulu geri qaytarmaq və ya ondan imtina etmək hüququna malik deyil.
Müştəri müvafiq keyfiyyətli maldan imtina etdikdə, satıcı istehlakçının müvafiq tələbi irəli sürdüyü gündən gec olmayaraq 14 gün müddətində müqavilə üzrə istehlakçı tərəfindən ödənilmiş pul məbləğini ona geri qaytarır (geri qaytarılan malın satıcı tərəfindən çatdırılması və istehlakçıdan təhvil alınması xərcləri çıxılmaqla).
Qeyri-müvafiq keyfiyyətli məhsul dedikdə, əhəmiyyətli dərəcədə qüsuru (defekti/istehsalat qüsuru) olduğuna görə öz funksional xüsusiyyətlərini yerinə yetirə bilməyən məhsul nəzərdə tutulur. Müvafiq keyfiyyətdə olmayan (qüsurlu) malı satın almış alıcı, satıcı ilə fərqli bir razılaşma olmadığı təqdirdə, aşağıdakı tələblərdən birini irəli sürmək hüququna malikdir:
Alıcı aşağıdakıları tələb etmək hüququna malikdir:
Eyni markalı ( modelli, artikullu) və ya alış qiyməti yenidən hesablanmaqla başqa markalı (modelli, artikullu) oxşar məhsulla dəyişdirilməsini;
Müqavilənin icrasından imtina edilməsini və məhsul üçün ödənilmiş məbləğin geri qaytarılmasını.
Yuxarıda qeyd olunan bütün tələblər, qeyri-müvafiq keyfiyyətli məhsulların geri qaytarılması üçün aşağıdakı şərtlər daxilində irəli sürülə bilər:
Məhsulun zəmanət müddəti varsa – bütün zəmanət müddəti ərzində;
Məhsulun zəmanət müddəti yoxdursa – ağlabatan müddət ərzində, lakin 14 gündən çox olmamaq şərtilə.
Onlayn mağaza, əgər əhəmiyyətli qüsurun məhsulun düzgün istifadə edilməməsi nəticəsində yarandığını müəyyən edərsə, malın dəyişdirilməsindən və ya geri qaytarılmasından imtina etmək hüququna malikdir.




















